12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Mərkəzi Bank Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə üzv olub

05-02-2025
IMG

Azərbaycan Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə həllərinin inkişafı və innovasiyaların təşviqi məqsədilə Qlobal Maliyyə İnnovasiyaları Şəbəkəsinə müşahidəçi qismində üzv olub.

AMB-dan verilən məlumata görə, Mərkəzi Bank üzvlük çərçivəsində şəbəkənin təşəbbüslərində iştirak edə, eləcə də aparıcı qlobal tənzimləyicilər və innovatorlarla əməkdaşlıq qura biləcək.

Beləliklə də, Mərkəzi Bank əldə olunacaq təcrübə ilə maliyyə sektorunun texnoloji inkişafının beynəlxalq standartlara uyğunlaşdırılmasına, həmçinin maliyyə bazarlarının dayanıqlılığının artırılmasını töhfə verəcək.

Paylaş: