Litvada quş qripi xəstəliyi qeydə alınıb
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) rəsmi məlumatına əsasən, Litvanın Klayped regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, respublika ərazisinin qeyd olunan yoluxucu xəstəlikdən qorunması üçün Klayped regionunda zonalaşma prinsipi nəzərə alınmaqla, xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və quşçuluq məhsullarının idxalına ÜHST-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.
Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Bakının bir sıra yollarında nəqliyyatın...
Bahar Muradova Nyu-Yorkda serbiyalı...
ƏƏSMN: 18 yaşınadək əlilliyi müəyyən...
Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi...
Bahar Muradova BMT-nin qadın haqları...