12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

“Əsrin fəlakəti”nin yaşandığı bölgədə son 2 ildə 73 min 402 zəlzələ olub

06-02-2025
IMG

Türkiyə Respublikası Fövqəladə Halların İdarə olunması Agentliyinin  məlumatına görə, 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş mərkəzli zəlzələlərdən sonra bu günə qədər bölgədə 73 min 402 zəlzələ qeydə alınıb. 

AFAD-ın sosial media hesabında edilən paylaşımda "əsrin fəlakəti" olaraq xarakterizə edilən 6 fevral Kahramanmaraş mərkəzli zəlzələlərdə həyatını itirən vətəndaşlar rəhmətlə yad edilib. Bildirilib ki, 6 fevral 2023-cü il tarixindən bu yana bütövlükdə Türkiyə və yaxın ətraflarında 107 min 439 zəlzələ baş verib. 
Zəlzələlərdən 73 min 402-nin Kahramanmaraş zəlzələlərindən sonra bölgədə meydana gələn artçı zəlzələlər olduğu və bu zəlzələlərin 734-nün 4 baldan yuxarı olduğu bildirilib.

Paylaş: