12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

“Əsrin fəlakəti”nin ikinci ildönümü

05-02-2025
IMG

2 il əvvəl  fevralın 6-da "əsrin fəlakəti" olaraq xarakterizə edilən mərkəzi Kahramanmaraş olmaqla 11 vilayətdə baş verən zəlzələlər Türkiyəni silkələdi. Həmin gün səhər saat 04.17-də Kahramanmaraşın Pazarcık rayonunda 7.7 bal gücündə, saat 13.24-də isə Elbistanda 7.6 bal gücündə zəlzələ baş verib.

Kahramanmaraş ilə yanaşı Hatay, Osmaniye, Adıyaman, Diyarbakır, Şanlıurfa, Qaziantep, Kilis, Adana, Malatya və Elazığı  da vuran təbii fəlakətdə fəlakətində 53 min 537 nəfər həyatını itirib, 107 min 213 nəfər isə yaralanıb. 93 ölkədən axtarış-xilasetmə qrupları, Türkiyənin 4-cü səviyyəli həyəcan, o cümlədən beynəlxalq yardımın 4-cü səviyyəli həyəcan siqnalından sonra bölgəyə gəlib. Ölkədə 7 günlük milli matəm elan edildi.

Bütün ictimai qurumlar, yerli idarələr, qeyri-hökumət təşkilatları və könüllülər səfərbər olaraq bölgəyə zəruri ərzaq, tibbi vasitələr  və geyim göndərdi.

Bölgədəki axtarış xilasetmə, təmizləmə işləri çərçivəsində 11 min 488 beynəlxalq, 35 min 250 axtarış və xilasetmə, 142 min təhlükəsizlik personalı da daxil olmaqla 650 min personal xidmət etdi.

Zəlzələdən zərər çəkmiş  bölgələrin bərpası üçün Türkiyə höküməti ciddi programlar həyata keçirdi.Zəlzələ zonasını ayaqlara qaldırmaq üçün 75 milyard dollar sərmayə qoyuldu.

Paylaş: