12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Kəpənəklər Vadisinin rəngarəng kəpənəkləri...

06-02-2025
IMG

Kəpənəklər vadisi Muğla vilayətinin Fethiye rayonunda, Ölüdəniz yaşayış məntəqəsinin sərhədlərində yerləşən təbii xəzinədir. Hündürlüyü 350 metrə çatan sıldırım qayalarla və dənizlə əhatə olunmuş vadi demək olar ki, dünyadan təcrid olunub... Quru yolun olmaması və dövlət tərəfindən qorunan ərazi kimi mühafizə olunması da vadinin bugünə gəlib çatmasına kömək edib. Ətraf mühitin çirklənməsinin mənfi təsirlərindən qorunan bölgə bu xüsusiyyəti ilə təbiət parkı görkəmini verir. Kəpənəklər vadisi adını ev sahibliyi etdiyi 80-dən çox kəpənək növündən, xüsusən də Pələng kəpənəyindən götürüb. Pələng kəpənəkləri dünyanın müxtəlif yerlərində görünsə də, onlar yalnız Kəpənəklər vadisində koloniyalar halında gəzirlər. Vadinin unikal coğrafi quruluşu təbiətşünaslar tərəfindən tez-tez tədqiqat və laboratoriya tədqiqatlarının mövzusu olur və həm milli, həm də beynəlxalq ekoloji təşkilatların diqqətini cəlb edir.

Türkiyedə və dünyada təbiət turizminin ən yaxşı ünvanlarından biri olaraq göstərilən Kəpənəklər vadisində təbii həyatı qorumaq və ona dəstək verən layihələri həyata keçirmək üçün qurulmuş bir də obyekt var. Bu obyekt ziyarətçilərə çadırlarda və ağac evlərdə qalmaq imkanı yaradır. Vadidə ekoloji əkinçilik də həyata keçirən müəssisə eyni zamanda təmizlənmə, dənizin təmizlənməsi və təmiz enerji layihələri həyata keçirir. Hər il martın 1-dən noyabrın 1-dək xidmət göstərən obyektin məlumatı olmadan vadidə qalmaq mümkün deyil.

Paylaş: