İtaliyada helikopter qəzası zamanı üç nəfər ölüb
İtaliyanın Parma əyalətinin Kastelqelfo qəsəbəsində helikopter qəzaya uğrayıb.
Fhnews.az xəbər verir ki, qaza nəticəsində 3 nəfər həlak olub. Xilasedicilər helikopterin qalıqları arasından bir sərnişin və iki pilotun cəsədini çıxarıblar.
Sərnişin Lorenzo Rovaqnati “Gran Biscotto” şirkətinin varislərindən biridir. Helikopter Rovaqnati ailəsinə məxsus Orta əsrlərə aid qəsrin ərazisində qəzaya uğrayıb.
Qəzaya güclü dumanın səbəb olduğu bildirilib. Uçuşların Təhlükəsizliyi üzrə Milli Agentlik qəza ilə bağlı araşdırmaya başlayıb.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...