Hadrianopolis Antik Şəhəri açıq muzey elan edilib
Karabük valisi Mustafa Yavuz Hadrianopolis Antik Şəhərinin Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin qərarı ilə rəsmi açıq muzey elan edildiyini açıqlayıb.
Mustafa Yavuz Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Hadrianopolis Antik Şəhərinin Safranbolu Muzey İdarəsinə bağlı açıq muzey kimi qeydə alınmasının məqsədəuyğun hesab edildiyini bildirib. O, bu qərarın tarixi və mədəni irsin qorunması və tanıdılması baxımından mühüm bir addım olduğunu vurğulayaraq “Bu hadisə Hadrianopolisin turizmdə layiq olduğu mövqeyə çatmasına töhfə verəcək. Tarixin izini sürmək istəyən bütün ziyarətçilərimizi Hadrianopolisi kəşf etməyə dəvət edirik” ifadələrini işlədib.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...