Bu il daha 300-dək peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiq ediləcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu il daha 300-dək peşə və kvalifikasiya standartının hazırlanaraq təsdiq edilməsi nəzərdə tutulub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, peşə standartları konkret peşə sahəsi üzrə işçinin yerinə yetirməli olduğu işin məzmununu, əmək şəraiti ilə bağlı minimum tələbləri, kvalifikasiya standartı isə kvalifikasiyalar üzrə tələb olunan səriştələri, təlim nəticələrini və qiymətləndirmə meyarlarını özündə əhatə edir.
Həmin standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığında, işçi qüvvəsinin keyfiyyətinin artırılması və beynəlxalq standartlara uyğunlaşdırılmasında əsas baza kimi qəbul olunur.
Son 5 ildə 1300-dən çox peşə və kvalifikasiya standartı hazırlanaraq təsdiqlənib və nazirliyin e-sosial.az portalındakı “Peşə və Kvalifikasiya Standartlarının Reyestri”nə daxil edilib.
Bakının bir sıra yollarında nəqliyyatın...
Bahar Muradova Nyu-Yorkda serbiyalı...
ƏƏSMN: 18 yaşınadək əlilliyi müəyyən...
Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi...
Bahar Muradova BMT-nin qadın haqları...