12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Braziliyada daşqınlar və torpaq sürüşmələri nəticəsində yeddi nəfər ölüb

07-02-2025
IMG

Braziliyanın şimal-şərqindəki Pernambuko ştatında güclü yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri yeddi nəfərin həyatına son qoyub.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, yağıntı çərşənbə günü günortadan etibarən Pernambukonun paytaxtı Resifidə qeydə alınıb. Resifinin meri Kampos şəhərin bir neçə bölgəsində dərsləri dayandırıb, 90-dan çox ailə sürüşmə səbəbindən yüksək riskli bölgələrdən təxliyə edilməli olub.

Vəziyyətlə əlaqədar Resifidə içməli suyun paylanması dayandırılıb.

Paylaş: