Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib
Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib.
Fhnews.az xəbər verir ki, bununla bağlı BelTA informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, yardım daşqınların nəticələrini aradan qaldırmaq üçün Belarus dövlət başçısının tapşırığı əsasında həyata keçirilib. Humanitar yüklərə Fövqəladə Hallar Nazirliyinin Dövlət Qoruğundan ayrılmış karkas çadırları, uşaq və böyüklər üçün geyimlər daxildir.
Yük avtomobil yolu ilə Sankt-Peterburqa, daha sonra isə dəniz yolu ilə Keniyanın cənubundakı Mombasa dəniz limanına çatdırılacaq.
Qeyd edək ki, Belarus fövqəladə hallardan zərər çəkmiş ölkələrə mütəmadi olaraq humanitar yardım edir. Belə ki, 1999-cu ildən bəri 34 ölkəyə 86 dəfə beynəlxalq humanitar yardım göstərib.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...