Baş Prokurorluq və Səhiyyə Nazirliyinin birgə müraciəti: plastik cərrahların sənədləri fərdi qaydada yoxlanılır
Son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.
Fhnews.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə müraciət yayıb.
“Xəbər verdiyimiz kimi, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.
Bu məqsədlə Səhiyyə Nazirliyində Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Hazırda Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.
Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq”, - deyə müraciətdə bildirilir.
Bakının bir sıra yollarında nəqliyyatın...
Bahar Muradova Nyu-Yorkda serbiyalı...
ƏƏSMN: 18 yaşınadək əlilliyi müəyyən...
Ağdamın Çıraxlı kəndinə Yel çərşənbəsi...
Bahar Muradova BMT-nin qadın haqları...