9 fevral 2025, bazar Bakı, 1°C
IMG-LOGO

Azərbaycanın stolüstü tennisçiləri Qətərdə bürünc medal qazanıblar

01-02-2025
IMG

Qətərin paytaxtı Dohada stolüstü tennisçilərin daha bir beynəlxalq yarışına start verilib.

Fhnews.az xəbər verir ki, söhbət “WTT Youth Star Contender Doha 2025” turnirindən gedir.

Daha yüksək reytinqli idmançıların qatıldığı yarışın ilk günü Azərbaycan yığması üçün uğurlu alınıb. U-15 kateqoriyasında mübarizə aparan Onur Quluzadə ilə Yağmur Məmmədli qarışıq-qoşa yarışlarında 3-cü yerə layiq görülüblər.

Qeyd edək ki, “WTT Youth Star Contender Doha 2025” turnirinə fevralın 2-də yekun vurulacaq.

Paylaş: