Azərbaycanı Avropa çempionatında 28 karateçi təmsil edəcək
Azərbaycanın yeniyetmə və gənclərdən ibarət karateçiləri Polşanın Bielsko-Biala şəhərində keçiriləcək 52-ci Avropa çempionatında iştirak edəcəklər.
Karate Federasiyasından verilən məlumata görə, ölkəmizi turnirdə 28 idmançı təmsil edəcək. Onlar baş məşqçi Anar Allahverdiyevin, məşqçilər Şahin Xudaverdiyev və İsmayıl Quliyevin rəhbərliyi ilə kumite və kata növlərində mübarizə aparacaqlar.
Bundan başqa, Azərbaycanın beynəlxalq dərəcəli hakimləri Cahangir Babayev və Rənad Əliyev yarışda hakim qismində çıxış edəcəklər.
Qeyd edək ki, yarış fevralın 7-dən 9-dək davam edəcək.
Avropa çempionatı: Azərbaycanın qadın...
Azərbaycanın qadın güləşçisi Avropa...
Kross qaçışı üzrə Bakı şəhər yaz...
Bakıda kəndirlə mübarizə idman növü üzrə...
Çimərlik futbolu üzrə Azərbaycan millisi...