Avstraliyada baş verən yanğın 5 gün ərzində Mount Remarkable Milli Parkının 15 faizini məhv edib
Cənubi Avstraliyada 18 min hektar sahəyə malik olan Mount Remarkable Milli Parkında baş verən yanğın davam edir.
Flinders silsiləsində yerləşən ölkənin ən qədim parklarından biri olan Mount Remarkableda baş verən yanğınla bağlı ölkənin Yanğından Mühafizə Xidmətindən yazılı açıqlama verilib.
Müvafiq olaraq, 18 min hektarlıq parkda yanğın hələ də söndürülməyib və 2800 hektar ərazi məhv edilib.
Hələlik ətrafdakı sakinlər üçün təhlükə yaratmayan yanğınla əlaqədar Wilmington, Melrose, Nectar Brook və Mambray Creek ərazilərində yaşayan insanlara diqqətli olmaları barədə xəbərdarlıq edilib.
Avstraliya Yayım Korporasiyasına müsahibə verən yanğınsöndürmə rəsmisi Sindy Court deyib ki, yanğın milli parkın hüdudlarından kənara çıxa bilər.
Qeyd edək ki, istər turistlərin, istərsə də yerli əhalinin böyük maraqla ziyarət etdiyi Mount Remarkable Milli Parkı canlıların müxtəlifliyi ilə də seçilir.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...