12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

Avropa İttifaqı  tərkibində un qurdları olan məhsulların bazarlarda satışına icazə verir

06-02-2025
IMG

Avropa İttifaqı  Komissiyası toz halına salınmış və ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu sürfələrinin qida kimi bazara çıxarılmasını və müəyyən məhsullarda istifadəsini təsdiqləyib.

 Komissiya  tərəfindən hazırlanan, ultrabənövşəyi radiasiya ilə işlənmiş un qurdu (tenebrio molitor) sürfələrinin yeni qida kimi bazara çıxarılmasına icazə verən tənzimləmə AB-nin  Rəsmi Jurnalında dərc olunub.

Belə ki, ultrabənövşəyi şüalarla işlənmiş un qurdu sürfələri tozu Aİ-nin yeni qidalar siyahısına əlavə edilib və fevralın 10-dan Aİ bazarında satışına icazə verilib. Bu çərçivədə yeni bir şirkət icazə verilənə qədər, Fransanın “Nutri Earth” şirkəti 5 il müddətində un qurdlarından istifadə edərək çörək, tortlar, makaron, emal edilmiş kartof məhsulları, pendir, süd məhsulları və mürəbbələri bazara çıxara biləcək.

Bu məhsulların etiketlərində ultrabənövşəyi emaldan keçmiş un qurdu sürfələrinin olduğu və allergik reaksiyalara səbəb ola biləcəyi açıq şəkildə göstəriləcəkdir.

Aİ daha əvvəl müxtəlif həşəratların qidada istifadəsinə icazə vermişdi. Bu çərçivədə dondurulmuş, qurudulmuş və ya toz halına salınmış un qurdu sürfələri, çəyirtkə və cırcır böcəklərinin müəyyən miqdarda qidalara daxil edilməsinə icazə verildi.

Paylaş: