Ərzurumun rəmzi olan Oltu daşı
Bəşər övladının məlum olan ən qədim və keyfiyyətli bəzək əşyalarından, qara kəhrəbanın növlərindən biri olan Oltu daşı Ərzurumun ən mühüm simvollarından biridir. Çıxarılması çətin, ehtiyatı az, amma cilalanması asan olan bu daş Ərzrumda yüzlərlə ailənin dolanışıq mənbəyidir.
Mədən cövhərinin az olması və əziyyətlə çıxarılması Oltu daşını daha qiymətli edib. Torpaqdan çıxanda çox yumşaq olmasına baxmayaraq, hava ilə təmas edincə, yəni oksidləşincə, istifadə edildikcə sərtləşir. Rəngi adətən qara, bəzən də qəhvəyidir, cilalanınca parıldayır. Hər usta bir heykəltəraş dəqiqliyilə çalışır və daşlar boyunbağı, sırğa və üzüklərə çevrilir. Ümumilikdə isə Oltu daşından daha çox təsbeh düzəldilir. Şöhrəti Türkiyədən kənarda da tanınan Oltu daşından gözəl sənət əsərlərinin yaradılması təxminən 200 il əvvələ təsadüf etsə də, ölkədə son 100 ildir ki, geniş istifadə olunur.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...