Ağdərədə silah-sursat aşkar edilib
Qarabağ bölgəsində mühəndis işləri aparılan zaman Ermənistan silahlı birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus silah-sursat aşkar edilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin fəaliyyəti nəticəsində Ağdərə rayonu ərazisində aşkar edilən 1 ədəd SVD silahı, 1 ədəd RPK-74M, 1 ədəd AK-74M, 1 ədəd əl qumbaraatanı, 2 ədəd gecə görmə cihazı və 1 ədəd avtomat silahı üçün səsboğucu müsadirə edilib.
Azad edilən ərazilərdə mühəndis təminatı üzrə zəruri tədbirlər davam etdirilir.
Hərbi qulluqçuların fiziki hazırlığına...
Hərbi vəzifəlilərin təlim toplanışı...
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim...
Yeni hərbi nizamnamələrin hazırlanması...
Hərbi vəzifəlilərin təlim toplanışı...