ABŞ Dövlət Poçt Xidməti Çindən bağlama qəbulunu dayandırıb
ABŞ-ın Dövlət Poçt Xidməti (United States Postal Service - USPS) Çinin materik hissəsindən və Honkonq xüsusi inzibati ərazisindən poçt bağlamalarının qəbulunu müvəqqəti dayandırıb.
Fhnews.az Çin mediasına istinadla xəbər verir ki, qərar fevralın 4-dən qüvvəyə minib.
Sözügedən addımın səbəblərini açıqlamayan USPS qərarın məktub axınına aid olmadığını əlavə edib.
Dövlət Poçt Xidmətinin açıqlaması ABŞ Prezidenti Donald Trampın fiziki şəxslərin xaricdən 800 dollaradək bağlamalarının gömrük rüsumundan azad edilməsinə dair “minimum istisna” qərarını ləğv etməsindən sonraya təsadüf edir. Ekspertlər hesab edir ki, ABŞ-ın bu qərarı ilk növbədə Çinin elektron ticarət platformalarının, o cümlədən “Shein” və “Temu”nun dövriyyəsinə mənfi təsir edəcək.
Rəsmi Vaşinqtonun qərarı həm də iki ölkənin qarşılıqlı rüsum tətbiqi ilə başlayan ticarət gərginliyi və ya ticarət müharibəsi fonunda baş verir.
Çin 18 qütb orbitli rabitə peykini...
Alimlər: Havadakı toksinlər beyin...
İspaniyada 18 yaşdan kiçik şəxslərə...
Fateh Sultan Mehmetin dövründə tikilən...
Ukrayna 30 günlük atəşkəs rejiminin...