12 mart 2025, çərşənbə Bakı, 5°C
IMG-LOGO

10 nəfərin olduğu təyyarə Alyaska səmasında yoxa çıxıb

07-02-2025
IMG

Alyaskada göyərtəsində 10 nəfərin olduğu “Bering Air” şirkətinə məxsus təyyarə müəmmalı şəkildə yoxa çıxıb. Təyyarədə doqquz sərnişin və bir pilot olub.
Axtarışlar davam edərkən, Nome Könüllü Yanğınsöndürmə İdarəsi hadisəni təsdiqləyən açıqlama yayıb.

Açıqlamada  "Hazırda Nome və Ağ Dağdan quruda axtarışlar aparırıq. Hava şəraiti və görmə qabiliyyətinə görə havadan axtarışlar məhdudlaşdırılıb. Axtarışda Milli Qvardiya, Sahil Mühafizəsi və Polis qrupları iştirak edib"-deyə məlumat verilib. 

Təyyarənin itmiş ola biləcəyi ilə bağlı narahatlıqlar fonunda yerli hakimiyyət orqanları ictimaiyyəti ekstremal hava şəraiti ilə əlaqədar öz axtarış qruplarını yaratmaq cəhdindən çəkinməyə çağırıb.

"İtkin düşənlər barədə ictimaiyyətin narahat olduğu bir vaxtda onlardan təhlükəsizlik və hava şəraitini nəzərə alaraq fərdi axtarış qrupları yaratmamalarını xahiş edirik"- məlumatda deyilir.

Bundan əlavə, ailələrin dəstək üçün “Norton Sound Health Corporation” ilə əlaqə saxlaması tövsiyə olunur.

Paylaş: