Xəbər lenti
Hamısı
06.10.2026
1/1Oktyabrın 7-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.
“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, buna görə sabah saat 14:00-dan 18:00-dək Naxçıvan şəhərinin 56, 59, 60, 61-ci məhəllələrində, M. Şəhriyar, Səməd Vurğun, H.Rəhmanov küçələrində, Hərbi şəhərcik-1-də, Universitet şəhərciyində, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasında, Naxçıvan Muxtar Respublikası Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.
Faydalı linklər




