“112 zəng mərkəzi”nə respublika ərazisində şəhərdaxili, GSM (“Azercell”, “Bakcell”, “Nar Mobile”) və CDMA tipli simsiz telefon və bütün növ taksofonlardan zəng etmək olar. Xidmət pulsuzdur. Operatorlar 24 saat ərzində (fasiləsiz) məlumat qəbul edir və operativ tədbirlərin görülməsi üçün müvafiq strukturları xəbərdar edir.

- yanğın, partlayış, tikinti və sənaye sahələrində qəzalar, digər təbii və texnogen fövqəladə hallar baş verdikdə və ya yaranma təhlükəsi olduqda;
- köməksiz vəziyyətdə qaldıqda;
- su hövzələrində köməyə ehtiyac yarandıqda;
- ağır yol-nəqliyyat hadisəsi baş verdikdə;
- radioaktiv, kimyəvi və digər zəhərli maddələr və ya onların daşınması üçün istifadə olunan konteynerlər, habelə partlayıcı maddələr və silah-sursat aşkar olunduqda (və ya itirildikdə);
- digər xidmətlərlə (102, 103, 104) əlaqə yaratmaq mümkün olmadıqda.
- “112” qaynar xəttinə zəng edən şəxs hadisə barədə ətraflı məlumat (ünvan, hadisənin xarakteri və s.) verməli, operatorun suallarını cavablandırmağa çalışmalıdır.
- Sutkanın istənilən vaxtı “112” qaynar xəttinə sabit şəbəkə telefonlarından (ATS), bütün növ taksofonlardan və mobil operatorlardan ödənişsiz olaraq zənglər qəbul olunur və müvafiq strukturlar xəbərdar edilir.