FHN Logo
Ünvan
AZ 1137 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 40
FHN Logo
Calendar Icon7 oktyabr 2026, çərşənbə
AZ
​

Ümumi məlumat

 

“Fövqəladə Hallar Nazirliyinin qəzeti” 15 iyun 2006-cı ildə ilk nüsxəsi ilə işıq üzü görüb. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən rəsmi dövlət qeydiyyatına alınıb. İctimai-siyasi qəzet olaraq həftədə bir dəfə Azərbaycan və ingilis dillərində nəşr olunub. Qəzetdə ümummilli lider Heydər Əliyevin ölkəmizin və xalqımızın tarixi taleyində misilsiz xidmətlərindən bəhs edən yazılara, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin çoxşaxəli fəaliyyətinə geniş yer verilib. Qəzetin hər buraxılışında günümüzün aktual problemlərinin analitik təhlilinə həsr olunan məsələlər işıqlandırılıb. Fövqəladə Hallar Nazirliyinin gündəlik qayğıları, əhalinin və ərazilərin təhlükəsizliyi sahəsində mühüm əhəmiyyət kəsb edən məlumatlandırıcı materiallar əksini tapıb. Mətbu nəşrdə Azərbaycan Respublikasında mülki müdafiə sisteminin prinsipləri, əhalinin fövqəladə hallara hazırlanması, fövqəladə hallarda davranış qaydaları üzrə maarifləndirilməsi, fövqəladə hallarla mübarizə sahəsində beynəlxalq təcrübə və s. səpkili materiallar dolğun faktlarla oxuculara çatdırılıb. Toxunulan mövzuların geniş ictimai marağı və əhalinin maarifləndirilməsi işində əhəmiyyətli rolu nəzərə alınaraq, o cümlədən daha geniş informasiya sahəsini əhatə edə bilmək üçün qəzetin fəaliyyəti 2023-cü ilin yanvar ayından www.fhnews.az (fovqəladəxəbərlər) internet portalı kimi davam etdirilir. “Fövqəladə Hallar Nazirliyinin qəzeti”-nin bazası əsasında fəaliyyət göstərən www.fhnews.az (fovqəladəxəbərlər) ictimai-siyasi onlayn qəzetdir.

AZ 1147 Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayon, Hüseyn Seyidzadə küçəsi, 40
📞.
fovqaladexeberler@gmail.com

Baş redaktordan

“Fövqəladə Hallar Nazirliyinin qəzeti” öz fəaliyyətini onlayn formada davam etdirəcək. Bu çox geniş bir auditoriyadır. Həm də daha böyük məsuliyyət, dəqiqlik-dürüstlük, operativlik tələb edir. Sözsüz ki, bu prinsiplər işimizin əsas meyarı olacaqdır. Əks təqdirdə, müasir insanın, oxucunun-izləyicinin informasiya ehtiyacını ödəmək, etimadını doğrultmaq mümkünsüzdür. Toxunacağımız mövzular aktualdır. Bu barədə saytımızın ana səhifəsində, müvafiq bölmədə izləyicilər məlumatlandırılıb. Bununla belə, daha çox üstünlük verəcəyimiz mövzuları xüsusilə vurğulamaq istəyirəm: -Respublikamızın ictimai-siyasi həyatında baş verən yeniliklər, uğurlu iqtisadi inkişaf, əhalinin təhlükəsiz həyat şəraitində yaşaması və işləməsi üçün həyata keçirilən tədbirlər, bu istiqamətdə aparılan məlumatlandırma və maarifləndirmə işləri, fədakarlıq nümunəsi göstərən xilasedici və yanğınsöndürənlərin, eləcə də digər peşə sahiblərinin fəaliyyətini əks etdirən məqalə və təsvirlər, zəngin iş təcrübəsinə malik mütəxəssislərlə müsahibə və söhbətlər və s. saytımızda müntəzəm əksini tapacaqdır. -Dünya xəbərləri, fövqəladə hadisələr, qlobal dəyişikliklər, bu istiqamətdə aparılan elmi tədqiqatlar, alim-mütəxəssis söhbətləri izləyicilərimizin maraq dünyasına uyğun formada işıqlandırılacaqdır. -Ayrı-ayrı idarə, müəssisə və təşkilatların, birlik və şirkətlərin, elmi-təhsil ocaqlarının, idman cəmiyyətlərinin və s. qurumların müraciəti əsasında saytımızda reklam və elanlara müntəzəm olaraq yer ayrılacaqdır. Sözsüz ki, ilk addımlarımızın cəsarətli olması, uğurlarımızın davamlılığı sizlərdən çox asılıdır, əziz izləyicilər. Bizimlə yaxın əlaqənizi, saytımızda fəal iştirakınızı gözləyirik! Yanvar 2023-cü il

Yüklənir…

Banner 39
Banner 38
Banner 37
Banner 36
FHN Mobile Logo
  • Əsas səhifə
  • Haqqımızda
  • 112 qaynar xətt
  • Heydər Əliyev – 100

Faydalı linklər

ErrorBakı, N/A°C