Zərifə Əliyeva küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
İyulun 31-i saat 09:00-dan etibarən Bakı şəhərinin Səbail rayonu, Zərifə Əliyeva küçəsində (Puşkin küçəsindən K.Səfərəliyeva küçəsinədək) aparılacaq təmir işləri ilə əlaqədar işlərin aparıldığı zolaqlar üzrə avtonəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılaraq digər zolaqlara yönləndiriləcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, görülən işlər zamanı yol bağlanmayacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir işləri görüləcək ərazidə qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...