Zaqreb Qran-Prisində iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib
Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək Qran-Pridə iştirak edəcək Azərbaycan cüdoçuları dəqiqləşib.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, ölkəmizi turnirdə 7 çəki dərəcəsi üzrə 2 qadın və 8 kişi idmançı təmsil edəcək.
Qadınların yarışında Aydan Vəliyeva (52 kiloqram) və Aytac Qardaşxanlı (63 kiloqram) qüvvəsini sınayacaq.
Kişilərin mübarizəsində isə Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kiloqram), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kiloqram), Zəməddin Poladov (81 kiloqram), Vüqar Talıbov (90 kiloqram) gücünü yoxlayacaq.
Cüdoçular qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov, böyüklərdən ibarət millinin böyük məşqçiləri Elçin İsmayılov və Slavko Tekiçin rəhbərliyi altında çıxış edəcəklər.
Qeyd edək ki, 40 ölkədən 326 idmançının mübarizə aparacağı Qran-Pri sentyabrın 13-15-də təşkil olunacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...