Yeni nəsil NKA-lar vasitəsilə dövriyyə artıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.
Fhnevs.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, indiyədək ölkə ərazisində 98.863 ədəd yeni nəsil NKA quraşdırılıb. Yeni nəsil NKA-dan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.
2024-cü ilin yanvar-iyun ayları ərzində yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 11 milyard 377,8 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 9,9 faiz və ya 1 milyard manatdan çoxdur.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...