Yaşıl taksonomiyanın hazırlanması üzrə Dünya Bankının dəstək imkanları müzakirə olunub
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
AMB-dan verilən məlumata görə, görüş zamanı DB-nin 2025-2029-cu illəri əhatə edəcək Azərbaycan üzrə yeni Ölkə Tərəfdaşlıq Çərçivə sənədinin mühüm istiqamətləri, davam edən investisiya layihələrinin cari statusu, eləcə də Dünya Bankı tərəfindən COP29 çərçivəsində göstərilə biləcək dəstəklə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin qurumlar arasında mövcud əlaqələrin daha da genişləndirilməsi perspektivləri və yaşıl taksonomiyanın hazırlanması üzrə DB-nin dəstək imkanları müzakirə olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...