23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Yasamal rayonunun Həsən bəy Zərdabi küçəsində təmir işləri aparılır

28-08-2024
IMG

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində kompleks tədbirlər həyata keçirir.

Agentlikdən verilən məlumata görə, bu tədbirlər çərçivəsində paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində aparılan təmir işləri davam etdirilir. Təmir işləri hazırda həmin küçənin “Qələbə dairəsi”ndən Əsəd Əhmədov küçəsi istiqamətində aparılır. Bu səbəbdən sözügedən istiqamətdə avtonəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət tətbiq edilib.

Həmin ərazidə köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, ərazi asfaltlanma üçün hazır vəziyyətə gətirilib. “İnşaat Norma və Qaydaları”na əsasən hazırda küçəyə lazımi qalınlıqda yeni asfalt-beton örtüyünün döşənməsi işləri icra olunur.

Aparılan işlərə uyğun sonda yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması və avtonəqliyyat vasitələrinin normal hərəkətinin təmin edilməsi üçün üfüqi nişanlanma xətlərinin çəkilişi işləri də icra olunacaq.

Bu işlərin qısa müddət ərzində yekunlaşdırılması üçün agentlik tərəfindən əraziyə lazımi sayda qüvvə cəlb edilib.

Paylaş: