23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Yaponiya ilə ikitərəfli protokol imzalanıb

16-03-2024

Martın 15-də Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü prosesi çərçivəsində mallar və xidmətlər üzrə aparılan ikitərəfli danışıqların yekunlaşdırılması ilə bağlı Yaponiya ilə ikitərəfli protokol imzalanıb.

Fhnews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, hazırda bu çərçivədə 20-yə yaxın ÜTT üzvü ilə mallar və xidmətlər üzrə ikitərəfli danışıqlar aparılır. Həmçinin bugünədək bir sıra ÜTT üzvləri ilə ikitərəfli danışıqlar yekunlaşıb və Türkiyə, Oman, Birləşmiş Ərəb Əmirlikləri, Gürcüstan və Qırğız Respublikası ilə müvafiq protokollar imzalanıb.

Paylaş: