Xırdalanda yeni boks zalı açılıb
Xırdalan şəhərində “Abşeron” boks klubunun yeni zalının açılışı olub.
Fhnews.az xəbər verir ki, Azərbaycan Boks Federasiyasından (ABF) verilən məlumata görə, açılış mərasimində ABF-nin baş katibi Nağı Səfərov, klubun yaradıcıları Vüqar Zalıyevlə Nazim Mehdiyev və digər şəxslər iştirak ediblər.
Qonaqlar burada yaradılan şəraitlə tanış olub, gələcək perspektivlərlə bağlı fikir mübadiləsi aparıblar. Klubun yaradıcıları federasiya rəhbərliyinə boksçulara yaradılan şəraitə və göstərilən qayğıya görə təşəkkürlərini bildiriblər.
N.Səfərov idmançılarla söhbət edib, onların hazırkı durumu ilə maraqlanıb.
Qeyd edək ki, məşqçi kimi çalışan Vüqar Zalıyevlə Nazim Mehdiyev İBA-nın 1 ulduz dərəcəsini yeni alıblar.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...