Ümumdünya Taekvondo Federasiyasının prezidenti: Azərbaycanda bu idman növünün inkişafından çox razıyam
Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou avqustun 5-də Parisdə fəaliyyət göstərən Azərbaycanın Olimpiya Evində qonaq olub.
Fhnews.az xəbər verir ki, qonaq burada gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevlə görüşüb. Görüşdə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, müxtəlif ölkələrin nümayəndələri və digər şəxslər iştirak ediblər.
Görüş zamanı Ümumdünya Taekvondo Federasiyasının prezidenti Çunq Von Çou Azərbaycanda bu idman növünün böyük inkişafa nail olmasından danışıb: “Azərbaycanda taekvondonun inkişafından çox razıyam. Sizin ölkə bizim idman növünə çox böyük diqqət və qayğı göstərir. Azərbaycan taekvondo üzrə bir çox mötəbər yarışlara ev sahibliyi edib. Sizin məktəbin yetirmələri bir çox nüfuzlu, dünya səviyyəli yarışların qalibi və mükafatçısı olub. O cümlədən Olimpiya Oyunlarının qalibi və medalçısı da olmağı bacarıb. "Paris-2024" Yay Olimpiya Oyunlarında taekvondo yarışlarından maraqlı və gərgin mübarizə gözləyirəm”.
Qeyd edək ki, "Paris-2024"də taekvondo yarışları avqustun 7-10-da keçiriləcək. Azərbaycanı olimpiadada 58 kiloqram çəki dərəcəsində Qaşım Maqomedov təmsil edəcək.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...