Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan yığmaları Finlandiya və Avstraliyaya qarşı
Azərbaycan yığmaları Ümumdünya Şahmat Olimpiadasında bu gün növbəti oyunlarını keçirəcəklər.
Fhnews.az xəbər verir ki, Teymur Rəcəbovun kapitan olduğu kişilərdən ibarət kollektiv II turda Finlandiya ilə üz-üzə gələcək.
Kapitanı Mixail Şereşevski olan qadın yığması isə Avstraliya kollektivi ilə qarşılaşacaq.
Şəhriyar Məmmədyarov, Nicat Abasov, Rauf Məmmədov, Aydın Süleymanlı və Məhəmməd Muradlının yer aldığı kişi yığması ilk turda İordaniyanı 3,5:0,5, Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva, Ülviyyə Fətəliyeva və Gülnar Məmmədovadan ibarət komanda isə Nikaraquanı 4:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan 45-ci Ümumdünya Şahmat Olimpiadasına sentyabrın 23-də yekun vurulacaq.
Bakıda COP29 çərçivəsində veloyürüş...
Bakıda idman gimnastikası üzrə ölkə...
Azərbaycanın güllə atıcısı Qran-Pridə...
Avropa Klublar Birliyinin iclasında...
Azərbaycan güləşçilərinin U-23 dünya...