Türkiyə şirkətinə Ağdam Sənaye Parkının rezidentliyi statusu verilib
Türkiyə kapitallı “Asilsoy” MMC-yə Ağdam Sənaye Parkının rezidenti statusu verilib, bununla da Parkın rezidentlərinin sayı 27-yə çatıb.
Fhnews.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, investisiya dəyəri 10 milyon manat olan müəssisədə tava və qazan istehsal ediləcək. 100 nəfərin işlə təmin ediləcəyi müəssisədə istehsal olunacaq məhsulların daxili bazarda satışı ilə xarici ölkələrə ixracı da nəzərdə tutulur.
Qeyd edək ki, “Asilsoy” Tükiyədə metal mətbəx əşyalarının istehsalı sahəsində aparıcı şirkətlərdən biridir. Şirkət tərəfindən istehsal edilən məhsullar müxtəlif sifarişçi marka (Karaca, Schafer) adları ilə 15-dən çox ölkəyə ixrac edilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...