Türkiyə “ADEX-2024” və “Securex Caspian” sərgilərində 50 müdafiə sənayesi şirkəti ilə təmsil olunur
Regionda müdafiə sənayesinə həsr edilmiş ən nəhəng tədbir olan “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində və “Securex Caspian” 14-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisində Türkiyə 50 müdafiə sənaye şirkəti ilə təmsil olunur.
Fhnews.az xəbər verir ki, dünyanın hər yerindən yüksəkvəzifəli nümayəndə heyətlərinin iştirakı ilə keçirilən sərgidə quru, dəniz və hava hücumundan müdafiə sektorunda müdafiə sənayesinin ən son texnologiyaları yer alır.
Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi ilə bağlı deyib: “Müdafiə sənayesi rəhbərliyi və Türkiyə şirkətləri olaraq ölkəmizi ən yaxşı şəkildə təmsil etmək üçün dost və qardaş Azərbaycandayıq. Burada həmsöhbətlərimizlə də görüşlər keçiririk. Münasibətimiz olan ölkələrin nazirləri, nümayəndələri ilə, dünyanın müxtəlif yerlərindən iştirak edən həmkarlarımızla görüşürük. Şirkətlərimiz öz məhsullarında istifadə etdikləri altsistemləri, faydalı yükləri və ya sursatları nümayiş etdirirlər. Ümidvaram ki, bir-birini tamamlayaraq qurduğumuz bu yeni dövr strategiyasının gələcəkdə daha müsbət nəticələrini görəcəyik. Ümid edirəm ki, sərgi ölkəmiz, millətimiz və müdafiə sənayemiz üçün faydalı və xeyirli olacaq”.
Müdafiə naziri: Ordunun gücü və...
Hərbi qulluqçularımız Səudiyyə...
Azərbaycan ilə Pakistan arasında hərbi...
Dəniz xüsusi təyinatlıları...
Müdafiə Sənayesi Nazirliyinin nümayəndə...