Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında anlaşma memorandumu imzalanıb
Türk Mədəniyyəti və İrsi Fondu ilə Əl-Fərabi adına Qazax Milli Universiteti arasında ortaq tarixi köklərə malik Türk ölkələri və xalqlarının mədəni əlaqələrinin genişləndirilməsi, eləcə də Türk dünyasının ədəbi və mədəni irsinin beynəlxalq aləmdə təbliği məqsədilə anlaşma memorandumu imzalanıb.
Fonddan verilən məlumata görə, sənədi Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının vitse-prezidenti, Əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin rektoru Janseit Tuymebayev imzalayıblar.
Memorandumun məqsədi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verməkdir.
Sənəddə Türk dünyasının maddi-mənəvi dəyərlərinin qorunması və təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi, həmçinin türkologiya sahəsində əməkdaşlıq kimi vacib məsələlər yer alıb.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...