23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Tullantıların ekoloji mənfi təsirlərinin minimuma endirilməsi daim diqqətdə saxlanılır

28-02-2024

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) gəmilərin istismarı və sahil obyektlərinin fəaliyyəti nəticəsində yaranan maye və bərk tullantıların su mənbələrinə, qrunta və havaya ekoloji mənfi təsirlərinin minimuma endirilməsini daim diqqətdə saxlayır. Əməliyyatlar zamanı ətraf mühitə zərərin vurulmaması üçün zəruri qabaqlayıcı tədbirlər görülür.

 Fhnews.az xəbər verir ki, QSC-dən verilən məlumata görə, 2023-cü ilin nəticələrinə görə, ASCO gəmilərindən 91,652 m³ plastmas, 910,762 m³ qida qalığı, 883,174 m³ məişət tullantısı (kağız-karton, əski, şüşə, metal və s), 123,031 m³  istismar tullantısı, 216,4 m³ neft qalığı-şlam, 4401,97 m³ döşəməaltı lyal sular, 96115,65 m³ məişət təsərrüfat çirkab su bağlanmış müqavilələr əsasında təcrübəli mütəxəssislərə və texniki resurslara malik sertifikasiyalı qurumlara təhvil verilməklə ərazilərimizdən kənarlaşdırılıb.

Dövr ərzində ASCO-nun sahil obyektləri üzrə 138 ton yanmış qəlib qumu, 2038,56 ton abraziv (gəmi gövdəsindən çıxan pas-boya-çınqıl-qum qarışığı), 74830,8 ton məişət çirkab suyu, 874,25 ton neftli döşəməaltı-lyal su, 234,885 ton sürtgü yağı, 4983,66 m³  məişət tullantısı (kağız-karton, taxta, əski, şüşə, metal, butulka və s), 1019,62 m³  qida qalığı, 380,8 m³ polimer əsaslı və plastmas tullantı, 81,05 m³ yağlı və neftli tullantı, 130,871 m³ rezin tullantı, 7 ədəd akkumulyator və halvanik element, 372,85 m³ istismar tullantı, 0,203 m³  tibbi tullantı aidiyyatı üzrə təhvil verilib.

Ötən il ümumilikdə 1,285 ton kağız, 1,324 ton plastmas, 655,037 ton qara metal, 2,75 ton əlvan metal isə təkrar emala göndərilib.

Paylaş: