Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib
Tokio şəhərində Yaponiyada yaşayan azərbaycanlı və yapon incəsənət ustalarının iştirakı ilə konsert keçirilib.
Fhnews.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Azərbaycanın Yaponiyadakı fövqəladə və səlahiyyətli səfiri Gursel İsmayılzadə, Azərbaycan icmasının üzvləri və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Proqram zamanı azərbaycanlı rəqqasələr Minarə Şükürova və Dilarə Qazıyevanın, yaponiyalı sənətçilər Yamomoto Kyokonun və Tayqanın, eləcə də “Otantik Bunka” və “Kelebek” qruplarının ifasında Azərbaycan mahnı və rəqsləri təqdim olunub.
Azərbaycanlı və yapon rəqqasələrin ifaları tamaşaçıların alqışları ilə qarşılanıb.
Moskvada Beynəlxalq Ədəbiyyat Forumu...
Azərbaycan ilə Braziliya arasında turizm...
“COP29 - İqlim, Planet və Biz” kitabının...
Azərbaycanın turizm imkanları...
Regionlarda turizm sənayesi...