23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Tokayev avropalı tərəfdaşların Orta Dəhlizin inkişafına 10 milyard avro ayırması qərarını alqışlayıb

17-09-2024
IMG

Orta Dəhlizin gələcək inkişafı, o cümlədən Xəzər dənizi limanlarının modernləşdirilməsi və rəqəmsallaşdırılması, yük terminallarının tikintisi baxımından geniş investisiya perspektivləri açır.

Fhnews.az Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bu sözləri Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya dövlət başçılarının Almaniyanın federal kansleri Olaf Şolts ilə görüşündə iştirak edərkən deyib.

Onun sözlərinə görə, Mərkəzi Asiya və Avropanın nəqliyyat və logistika sistemlərinin gələcək inteqrasiyası aktual vəzifə olaraq qalır.

Kasım-Jomart Tokayev vurğulayıb: “Qazaxıstan Orta Dəhlizin inkişafı üçün nəzərdə tutulan “Global Gateway” proqramı çərçivəsində avropalı tərəfdaşların 10 milyard avro ayırması qərarını alqışlayır. Biz bu marşrutun Trans-Avropa Nəqliyyat Şəbəkəsi (TEN-T) və “Global Gateway” strategiyası ilə əlaqələndirilməsində Almaniyanın köməyinə ümid edirik”.

Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə Çin və Avropa ölkələrini birləşdirir.

Paylaş: