Təhsil müəssisələrinin göstərdiyi xidmətlərin keyfiyyətinin idarəedilməsi üzrə dövlət standartı qəbul edilib
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) ölkə ərazisində təhsil müəssisələri tərəfindən göstərilən xidmətlərin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə yeni dövlət standartı qəbul edilib.
Fhnews.az xəbər verir ki, AZSTAND-dan verilən məlumata görə, yeni dövlət standartı AZS ISO 21001:2024 “Təhsil təşkilatları. Təhsil təşkilatları üçün idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” təhsilalanların və digər benefisiarların tələblərinə uyğun təhsil məhsullarını və xidmətlərini təmin edən təşkilatlar üçün ümumi idarəetməni təmin edir. Standartın ölkədə tətbiqi təhsil təşkilatlarında beynəlxalq tələbləri ehtiva edən idarəetmə sisteminin yaradılmasına, tətbiqinə, təkmilləşdirilməsinə, o cümlədən təhsil sahəsində göstərilən xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaradacaqdır.
Sözügedən dövlət standartı “Uyğunluğun qiymətləndirilməsi” standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...