Tacikistanın Orta Dəhlizlə Avropa bazarına çıxış imkanları müzakirə edilib
Bakıda Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
Fhnews.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.
Məlumata görə, Bakıda keçirilən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının qurulmasına dair dəmiryol administrasiyaları rəhbərlərinin məşvərət toplantısı çərçivəsində ADY-nin sədri Rövşən Rüstəmovla “Tacikistan Dəmir Yolları” Dövlət Unitar Müəssisəsinin Yol rəisinin I müavini Sorbon Qulaxmadov arasında görüş olub.
Görüşdə Azərbaycan və Tacikistan arasında dəmir yolu sahəsində əməkdaşlığın əsas istiqamətləri və inkişaf perspektivləri, xüsusilə Tacikistanın Orta Dəhliz vasitəsilə Avropa bazarlarına çıxış imkanları müzakirə edilib.
Qeyd olunub ki, Çin-Tacikistan avtomobil yolu ilə çatdırılan yüklərin Tacikistandan Avrasiya Nəqliyyat Marşrutu ilə dəmir yolu vasitəsilə qərb istiqamətində daşınması Orta Dəhlizin şaxələndirilməsi üçün mühüm imkanlar təqdim edir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...