23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Stolüstü tennis yarışı keçirilib

03-03-2024

Martın 1-2-də "İdman həftəsi" çərçivəsində dövlət qurumlarının əməkdaşları arasında stolüstü tennis yarışı keçirilib. Gənclər və İdman Nazirliyi, Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə "Şüa" İdman Kompleksində keçirilən yarışda ümumilikdə 60 əməkdaş - 17 kişi və 43 qadın olmaqla 21 komanda mübarizə aparıb.

Fhnews.az xəbər verir ki, yekun nəticələrə görə qadınlar arasında SOCAR (Svetlana Kayumova, Samirə Cəfərova, Nərgiz Daşdəmirova) birinci olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (Qumru Həsənova, Fərəh Babayeva, Aygün Səfərova) və İqtisadiyyat Nazirliyi (Naibə Mursakulova, İlahə İbrahimli, Həmidə Əsədova) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

Kişilər arasında isə Fövqəladə Hallar Nazirliyi (Əli Bayramov, Vüqar İbrahimov, Tofiq Rzayev) yarışın qalibi olub. SOCAR (Valeh Musayev, Süleyman Alimov, İftixar Məhərrəmov) ikinci, Dövlət Gömrük Komitəsi (Şamil Emçiyev, Sunay Həmzəyev, Vüqar Orucov) isə üçüncü yeri tutublar.

Paylaş: