Sosial sığorta haqları üzrə daxilolmalar 10 faizdən çox artıb
Cari ilin yanvar-avqust ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard 724,6 milyon manat təşkil edib.
Dövlət Vergi Xidmətindən verilən məlumata görə, bu mənbədən daxilolmalar əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz və ya 350 milyon manatdan çox artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq 2,5 milyard manat olub.
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq 133,5 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 14,6 faiz artaraq 100,8 milyon manat təşkil edib.
Həmçinin icbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 8,2 faiz artaraq 659,4 milyon manat, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə 9,4 faiz artaraq 468,4 milyon manat olub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...