23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

SOCAR və “Chevron” dekarbonizasiya, hasilat və nəql məsələlərini müzakirə edib

16-10-2024
IMG

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Chevron” şirkətinin Avrasiya biznes bölməsinin idarəedici direktoru Derek Maqnes ilə görüşüb.

SOCAR-dan verilən məlumata görə, görüşdə dekarbonizasiya, hasilat və nəql məsələləri müzakirə edilib.

Tərəflər, həmçinin şirkətlər arasında qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.

Paylaş: