SOCAR “Yokogawa Europe B.V.” ilə dekarbonizasiya üzrə əməkdaşlığı müzakirə edib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “Yokogawa Europe B.V.” şirkətinin prezidenti və “Yokogawa Electric Corporation”ın vitse-prezidenti Seita Hagihara ilə görüşüb.
SOCAR-dan verilən məlumata görə, görüşdə şirkətlər arasında mövcud əməkdaşlıqdan məmnunluq ifadə edilib, əlaqələrin genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.
Tərəflər hasilat, emal və digər sahələrin rəqəmsallaşdırılması, enerji keçidi, dekarbonizasiya istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...