23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanları müzakirə edilib

26-09-2024
IMG

Sentyabrın 26-da Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

SOCAR-ın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilməsinə, SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.

Paylaş: