Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair müzakirələr aparılıb
İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov və Slovakiya iqtisadiyyat nazirinin müavini, nazirliyin 1-ci dövlət katibi Kamil Şaşko iki ölkə arasında mövcud iqtisadi əlaqələri müzakirə edib.
Fhnews.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, görüşdə Azərbaycan-Slovakiya əlaqələrinin uğurla inkişaf etdiyi, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
Bildirilib ki, Slovakiya şirkətləri ölkəmizdə sənaye, tikinti, ticarət və xidmət sahələrində uğurla fəaliyyət göstərir. Ölkələrimiz arasında enerji, humanitar, turizm, kənd təsərrüfatı, müdafiə sənayesi, infrastruktur sahələrində tərəfdaşlığın inkişaf etdirilməsi üçün potensial mövcuddur.
Tərəflər “Azərbaycan Respublikası Hökuməti ilə Slovakiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq haqqında Saziş”in 3-cü maddəsinə əsasən ikitərəfli iqtisadi əməkdaşlığı əlaqələndirmək və təşviq etmək məqsədilə iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Slovakiya Birgə İşçi Qrupunun növbəti iclasına hazırlıq, həmçinin Slovakiya şirkətlərinin işğaldan azad edilmiş ərazilərdə fəaliyyətinə dair müzakirələr aparıblar.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...