23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Saməddin Əsədov: İqlim dəyişiklikləri ilə mübarizə üçün olan məlumatların 60 faizi kosmos və peyklərdən əldə olunur

16-11-2024
IMG

İqlim dəyişiklikləri ilə mübarizə və iqlim dəyişikliklərinin nəticələrini aradan qaldırmaq üçün olan məlumatların 60 faizi məhz kosmosdan və peyklərdən əldə olunur.

Fhnews.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Kosmik Agentliyinin ("Azərkosmos") İdarә Heyәtinin sәdri Saməddin Əsədov jurnalistlərə açıqlaması zamanı deyib.

O vurğulayıb ki, kosmik agentliklərin və kosmosla məşğul olan təşkilatların COP tədbirlərində iştirakı önəmlidir.

“Onların iştirakı ilə iqlim dəyişikliyi ilə bağlı aparılan müzakirələrdə daha geniş məlumat mübadiləsi edilir və bunun nəticəsində ölkələrə daha çox yardım edilməsinə imkan yaranır. Bu gün keçirilən Dünyanın Kosmik Liderlərin Sammitini bir bəyannamə ilə yekunlaşdırdıq. Bizim bəyanatın ümumi mahiyyəti ondan ibarətdir ki, kosmosla məşğul olan müxtəlif ölkələrin əlində olan strategiya proqramları vahid bir çərçivəyə gətirilsin. Həmçinin dünyanın müxtəlif yerlərində baş verən təbii fəlakətlərin nəticələrini aradan qaldırmaq üçün birgə səy göstərilsin, o cümlədən də iqlim dəyişikliyi ilə bağlı bir-birimizə yardım edək”, - deyə Saməddin Əsədov vurğulayıb.

O, əlavə edib ki, bu gün COP29 çərçivəsində Dünyanın Kosmik Liderlər Sammitinin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın COP konfransına böyük səylə və məsuliyyətlə yanaşmasının göstəricisidir.

Paylaş: