23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi müzakirə olunub

22-07-2024
IMG

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib.

Fhnews.az xəbər verir ki, AMB-dan verilən məlumata görə, iclasda şuranın üzvləri tərəfindən irəli sürülən təkliflər və ölkə sahibkarlarının qarşısında duran çağırışlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş zamanı sahibkarların maliyyə sektoru ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi və maliyyə resurslarına çıxış potensialının artırılması məsələləri müzakirə olunub. Həmçinin regionlarda maliyyə inklüzivliyinin gücləndirilməsi və maliyyə məlumatlılığının artırılması istiqamətində həyata keçirilən təşəbbüslərin vacibliyi diqqətə çatdırılıb.

Paylaş: