Rusiya aviaşirkəti Ufadan Bakıya uçuşlara başlayır
Rusiyanın “İrAero” aviaşirkəti aprelin 4-dən etibarən Ufa-Bakı marşrutu üzrə reyslər həyata keçirməyə başlayır.
Fhnews.az xəbər verir ki, bu barədə Ufa Beynəlxalq Hava Limanının mətbuat xidməti məlumat yayıb.
Ufadan uçuşlar cümə axşamı “Sukhoi Superjet 100” təyyarələri ilə həyata keçiriləcək. Təyyarə yerli vaxtla saat 11:00-da yola düşəcək. Səyahət müddəti 2 saat 40 dəqiqədir. Biletlər artıq satışdadır. Həmçinin Ufadan Bakıya uçuşlar “Azerbaijan Airlines” və “Utair” aviaşirkətləri tərəfindən davam etdirilir.
Bir müddət əvvəl “İrAero” 2024-cü ilin yayında Rusiyanın iri şəhərlərindən Azərbaycan paytaxtına geniş uçuş reysləri proqramı açıb. Bakı marşrutlarına Moskva, Kazan, Nijni Novqorod, Novosibirsk, Çelyabinsk, Krasnoyarsk, Nijnevartovsk, Omsk, Perm, Nijnekamsk, Saratov, Vladikavkaz və Ufa daxildir. Uçuşlar həftədə dörd dəfə Moskvadan, üç dəfə Vladikavkazdan, həftədə iki dəfə isə Saratov, Perm, Krasnoyarsk və Kazandan həyata keçirilir.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...