23 noyabr 2024, şənbə Bakı, 13°C
IMG-LOGO

Rəşad Xalıqov: Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdirilib

04-09-2024
IMG

Milli Elektron Hökumət Platformasında hazırda 500-dək dövlət xidməti rəqəmsallaşdirilib.

Fhnews.az xəbər verir ki, bu barədə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) sədrinin müavini Rəşad Xalıqov "Kağızsız Hökumət: Rəqəmsallaşma və Ətraf Mühitə Təsiri" adlı beynəlxalq tədbirdə deyib.

"Bizim digər dövlət məlumat sistemlərimiz də var. Bura sosial, gömrük, ekologiya, kənd təsərrüfatı və digər sahələrdəki sistemlər daxildir. “Hökumət buludu” (G-cloud) Milli Data Mərkəzi, elektron imza sistemləri var, bundan başqa biometrik imza sistemi təşkil edilib. Vətəndaşlarımız elektron imza sistemi ilə müxtəlif dövlət qurumlarından məlumat əldə edə bilirlər.

Həmçinin bu il məlumat mübadiləsi ilə bağlı layihəmizi bitirmişik, bu da, dövlət qurumlarına sənədləri rəqəmsal formatda mübadilə etmək imkanı verir. Bu ildən artıq məhkəmələri də bu işə cəlb etməyə başlamışıq", - deyə Rəşad Xalıqov əlavə edib.

Paylaş: