Rəis müavini: Metroya məxsus bütün obyekt və tunellərdə yanğın-texniki müayinələri keçirilib
“Bakı Metropoliteni” QSC ilə Fövqəladə Hallar Nazirliyi qarşılıqlı fəaliyyət və Tədbirlər Planları tərtib ediblər.
Fhnews.az xəbər verir ki, bunu “Bakı Metropoliteni” QSC-nin rəis müavini Hidayət Məmmədov mətbuat üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, metropolitenə məxsus bütün obyektlərdə və tunellərdə yanğın-texniki müayinələri keçirilib.
“Cari il ərzində 900 nəfər metropoliten əməkdaşları yanğın təhlükəsizliyi qaydaları barədə təlimatlandırılıb. Bu ilin 10 ayı ərzində 9 metrostansiyada birgə taktiki-xüsusi təlimlər keçirilib. COP29 tədbiri ilə əlaqədar olaraq metronun “Koroğlu”, “Ulduz” və “Xətai” stansiyalarında qərargahlar yaradılıb və nazirliyin əməkdaşları xidmət aparırlar”, - deyə o qeyd edib.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...